İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaqda Türkiyə Futbol Federasiyasının keçmiş vitse-prezidenti Lütfi Arıboğan, Ahmet Gülüm, İlhan Helvacı və Ebru Köksal "FETÖ/PDY silahlı terror təşkilatına kömək etmək" və "istintaqın məxfiliyini pozmaq" ittihamları ilə dindiriləcəklər.
"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat dərc edib.
Qeyd olunur ki, dörd şübhəli Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilib. Şübhəlilərin prokurorluq tərəfindən dindirilməsi başlayıb.