Türkiyənin Yalova bölgəsində təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, əməliyyatı zamanı şübhəlilər polisə atəş açıblar. Atışmada yeddi polis əməkdaşı yaralanıb və hadisə yerinə xüsusi təyinatlı qüvvələr göndərilib.
Məlumata görə, gecə saat 2-də başlayan qarşıdurma saatlarla davam edib.
Yaralanan polislərin vəziyyəti yaxşıdır.