AZ

SOCAR Qarabağ Universitetinə səfər təşkil etdi, əməkdaşlığa dair müzakirələr aparıldı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qarabağ Universiteti arasında imzalanan Anlaşma Memorandumunun davamı olaraq, 18-19 dekabr 2025-ci il tarixlərində adıçəkilən təhsil müəssisəsinə rəsmi səfər təşkil edilib.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, görüş zamanı SOCAR-da işə qəbul prosesləri, təcrübə proqramları və karyera imkanları barədə məlumat verilib, universitet nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Səfərdə Gənc İstedadlar Proqramının məzunları da iştirak edərək öz təcrübələrini tələbələrlə bölüşüblər.

Səfər çərçivəsində, həmçinin iştirakçılar üçün "Effektiv komanda işi" mövzusunda interaktiv təlim və komanda quruculuğu fəaliyyətləri həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
50
oxu.az

10Mənbələr