AZ

SOCAR və "Uniper" arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi imkanları dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələri Almaniyanın"Uniper" şirkəti tərəfindən təşkil olunan strateji səviyyəliqarşılıqlı məlumat mübadiləsi proqramında iştirak ediblər.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Proqramın məqsədi SOCAR və "Uniper" arasında əməkdaşlıqəlaqələrinin möhkəmləndirilməsi, idarəetmə, insan kapitalı,kommunikasiya və sosial sahələrdə qabaqcıl bilik və təcrübələrinpaylaşılması olub.

Tədbir çərçivəsində iştirakçılar, həmçinin dəyişikliklərin idarəolunması, rəqəmsal texnologiyaların tətbiqi, qlobal qazbazarlarının inkişaf perspektivləri, media və kommunikasiya, sosialməsuliyyət və təhlükəsizlik sahələrində aktual məsələlər ətrafındasəmərəli müzakirələr aparıblar.

Xatırladaq ki, bu ilin oktyabrın 3-də SOCAR ilə Almaniyanın“Uniper” şirkəti arasında 2025–2026-cı illəri əhatə edən ƏməkdaşlıqProqramı imzalanıb.

Məqalədə:
Seçilən
35
50
az.trend.az

10Mənbələr