AZ

SOCAR Türkiyədə elektrik stansiyasının satın alması ilə bağlı saziş imzalayıb

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən "Gama Enerji İç Anadolu" elektrik stansiyasını satın alması ilə bağlı saziş imzalayıb.

BAKU.WS xəbər verir ki, saziş 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.

Sazişə SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gama Enerji İç Anadolu" şirkətinin rəhbəri Hakan Əhməd imza atıblar.

Razılaşmaya əsasən, gücü 870 MVt olan elektrik stansiyasının 100 % payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir.

Qeyd olunur ki, bu investisiya SOCAR-ın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
3
baku.ws

4Mənbələr