AZ

Meksikada sərnişin qatarı relsdən çıxıb, 13 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb

Meksikanın cənubunda “Interoceánico” sərnişin qatarının relsdən çıxması nəticəsində azı 13 nəfər həlak olub, onlarla insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "ABC News"a istinadən verdiyi xəbərə görə, hadisə zamanı qatarda 241 sərnişin və 9 ekipaj üzvü olub.

Meksika Prezidenti Klaudiya Şeynbaumun sözlərinə görə, 98 nəfər xəsarət alıb, 36 nəfər xəstəxanaya yerləşdirilib və onların beşinin vəziyyəti ağırdır.

Rəsmilər 139 sərnişinin həyati təhlükəsinin olmadığını bildirir.

Hadisə yerinə ordu, fövqəladə hallar və tibb xidməti cəlb olunub. Əraziyə girişin çətinliyi xilasetmə işlərini mürəkkəbləşdirib.

Baş Prokurorluq qəzanın səbəblərini araşdırır. Bəzi sərnişinlərin sözlərinə görə, qatar hadisədən əvvəl yüksək sürətlə hərəkət edirmiş, lakin bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Oaxaca ştatının qubernatoru hadisəni “dərin faciə” adlandıraraq həlak olanların ailələrinə başsağlığı verib.

“Interoceánico” qatar xətti Sakit okean ilə Meksika körfəzini birləşdirən strateji marşrutdur və 2023-cü ildə istifadəyə verilib. Bu ayın əvvəlində eyni xətt üzrə başqa bir insident də qeydə alınmışdı, lakin o zaman ölüm halı olmayıb.

Seçilən
23
50
operativmm.az

10Mənbələr