İspaniyanın cənub-şərqində baş verən qasırğa nəticəsində iki nəfər ölüb.
"Far.Az" xəbər verir ki, bu barədə "El Pais" nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Bu gün İllora səhəri (Qranada) yerli polis idarəsi dünən itkin düşmüş gəncin meyitinin tapıldığını bildirib. Onun meyiti axtarışlarda patrul dəstəsinə kömək edən yerli sakinlər tərəfindən tapılıb. Dostu ilə birlikdə motosikletlə çayı keçməyə çalışarkən onu İllora çayının axını aparıb", - nəşr bildirib.
Daha əvvəl ilk həlak olan şəxsi meyiti tapılmışdı.
İtkin düşmüş hesab edilən üçüncü şəxsin axtarışları davam edir.