AZ

İspaniyada daşqın nəticəsində 3 nəfər itkin düşüb

İspaniyanın cənubunda daşqın nəticəsində 3 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidməti məlumat yayıb. Daşqın və leysan nəticəsində bəzi şəhərlərdə küçələri su basıb, infrastruktura ciddi ziyan dəyib.

Təbii fəlakətdən ən çox Valensiya və Malaqa regionları əziyyət çəkib. İtkin düşənlərin axtarışları davam edir.

Seçilən
39
50
yeniazerbaycan.com

10Mənbələr