ABŞ-də güclü qar yağışı səbəbindən gecikən aviareyslərin sayı 5 mini ötüb.
Redaktor.az xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.
Məlumata görə, şənbə günü 5 588 reys gecikmə ilə üzləşib, daha 862 reys isə ləğv edilib.
ABŞ-nin şimal-şərq bölgəsində bu həftə bol qarla müşayiət olunan qış havası hökm sürür.
ABC News telekanalının bildirdiyinə görə, Nyu-York ştatında cümə günü yağıntının həcmi 15 sm-ə çatıb.
Yerli hakimiyyət orqanları vətəndaşları zərurət olmadıqca səfərlərdən çəkinməyə çağırır.