ain.az, Apa.az saytına istinadən bildirir.
ABŞ-da güclü qar yağışı səbəbindən gecikən aviareyslərin sayı 5 mini ötüb.APA xəbər verir ki, bu barədə FlightAware portalı məlumat yayıb.
Məlumata görə, şənbə günü 5 588 reys gecikmə ilə üzləşib, daha 862 reys isə ləğv edilib.
ABŞ-ın şimal-şərq bölgəsində bu həftə bol qarla müşayiət olunan qış havası hökm sürür.ABC News telekanalının bildirdiyinə görə, Nyu-York ştatında cümə günü yağıntının həcmi 15 sm-ə çatıb.Yerli hakimiyyət orqanları vətəndaşları zərurət olmadıqca səfərlərdən çəkinməyə çağırır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.