AZ

ABŞ-da gecikən aviareyslərin sayı 5 mini keçib

ABŞ-da güclü qar yağışı səbəbindən gecikən aviareyslərin sayı 5 mini ötüb.

APA xəbər verir ki, bu barədə FlightAware portalı məlumat yayıb.

Məlumata görə, şənbə günü 5 588 reys gecikmə ilə üzləşib, daha 862 reys isə ləğv edilib.

ABŞ-ın şimal-şərq bölgəsində bu həftə bol qarla müşayiət olunan qış havası hökm sürür.

ABC News telekanalının bildirdiyinə görə, Nyu-York ştatında cümə günü yağıntının həcmi 15 sm-ə çatıb.

Yerli hakimiyyət orqanları vətəndaşları zərurət olmadıqca səfərlərdən çəkinməyə çağırır.

Seçilən
45
4
apa.az

5Mənbələr