Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Karvan” iranlı mərkəz müdafiəçisi Səid İranxan ilə yollarını ayırıb.
Arena.az bu barədə Yevlax klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, tərəflər arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Klub Səidə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Səid İranxan cari mövsümün əvvəlində “Karvan”ın heyətinə cəlb edilmişdi. O, Yevlax komandasının heyətində meydana çıxdığı 12 oyunda 1 qola imza atıb.
Səid Cənubi Azərbaycan nəhəngi “Traktor”un yetirməsidir. 24 yaşlı futbolçu daha öncə İranda “Peykan”, “Fajr Sepasi”, “İstiqlal” (Xuzistan) kimi klubların da formasını geyinib. O, İranın U-21 və U-23 millilərində çıxış etsə də, əsas yığmada debüt şansı qazanmayıb.
