Azərbaycanda "yaşıl inkişaf"a dair statistik göstəricilər sistemi təkmilləşdiriləcək.
Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, sistemin icrası 2026-2027-ci illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi olacaq.