Azərbaycanda rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, sistemin icrası 2027-2030-cu illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi, yardımçı icraçılar isə İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq.
Bununla bağlı, Rəqəmsal iqtisadiyyat, o cümlədən elektron ticarət ilə bağlı daxil olan sorğuların təhlil edilməsi, bu sahədə beynəlxalq metodoloji tövsiyələrin, qabaqcıl təcrübələrin öyrənilməsi və statistik göstəricilər sisteminin hazırlanması nəzərdə tutulur.