AZ

Rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq

Azərbaycanda rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, sistemin icrası 2027-2030-cu illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi, yardımçı icraçılar isə İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq.

Bununla bağlı, Rəqəmsal iqtisadiyyat, o cümlədən elektron ticarət ilə bağlı daxil olan sorğuların təhlil edilməsi, bu sahədə beynəlxalq metodoloji tövsiyələrin, qabaqcıl təcrübələrin öyrənilməsi və statistik göstəricilər sisteminin hazırlanması nəzərdə tutulur.

Seçilən
23
3
bakivaxti.az

5Mənbələr