AZ

Hindistan hökumətinə qarşı etiraz aksiyaları keçirilir

Bakı Təşəbbüs Qrupu dünyanın müxtəlif ölkələrində neokolonializmin yeni və təhlükəli təzahürlərini araşdırmaq və ifşa etmək istiqamətində nəticəyönümlü fəaliyyətini davam etdirir.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu xüsusda Hindistanın Baş naziri Narendra Modinin siyasətinə qarşı dünyanın müxtəlif ölkələrində baş tutan etiraz aksiyaları diqqəti çəkir.

Belə aksiyalardan biri dekabrın 24-də Vaşinqton, Toronto, Vankuver, London, Milan və Melburn kimi dünyanın müxtəlif şəhərlərində siqh fəalları və “Sikhs for Justice” (SFJ) təşkilatının üzvləri tərəfindən Hindistan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirilmişdir. Etiraz aksiyalarının əsas məqsədi siqh fəal Hardeep Singh Nijjarın və Osman Hadinin qətlləri ilə bağlı Hindistanın məsuliyyət daşıdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olmuşdur.

Qeyd edək ki, Osman Hadi Hindistanın Baş naziri Narendra Modinin siyasətini açıq şəkildə tənqid etməsi ilə tanınırdı. Onun “Modinin casuslarını tutun! Onları həbs edin!” məzmunlu şüarlarının sosial mediada geniş yayılmasından sonra Hadi müxtəlif təhdidlər almış, qısa müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilmişdir. Osman Hadi dekabrın 12-də Banqladeşin paytaxtı Dəkkə şəhərində silahlı hücum nəticəsində ağır yaralanmış və dekabrın 15-də xəstəxanada vəfat etmişdir.

Kanadalı siqh fəal Hardeep Singh Nijjar isə 2023-cü ildə Kanadanın Brampton şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir. Siqhlər bu qətlin arxasında Hindistan hökumətinin durduğunu iddia edirlər.

Seçilən
34
9
publika.az

10Mənbələr