Bakı. Trend:
Bakı Təşəbbüs Qrupu (BTQ) dünyanın müxtəlif ölkələrindəneokolonializmin yeni və təhlükəli təzahürlərini araşdırmaq və ifşaetmək istiqamətində nəticəyönümlü fəaliyyətini davam etdirir.
BTQ-dən Trend-ə bildirilib ki, bu xüsusda Hindistanın Başnaziri Narendra Modinin siyasətinə qarşı dünyanın müxtəlifölkələrində baş tutan etiraz aksiyaları diqqəti çəkir.
Belə aksiyalardan biri 24 dekabr 2025-ci il tarixində Vaşinqton,Toronto, Vankuver, London, Milan və Melburn kimi dünyanın müxtəlifşəhərlərində siqh fəalları və “Sikhs for Justice” (SFJ)təşkilatının üzvləri tərəfindən Hindistan hökumətinə qarşı kütləvietiraz aksiyaları keçirilmişdir. Etiraz aksiyalarının əsas məqsədisiqh fəal Hardeep Singh Nijjarın və Osman Hadinin qətlləri iləbağlı Hindistanın məsuliyyət daşıdığını beynəlxalq ictimaiyyətindiqqətinə çatdırmaq olmuşdur.
Qeyd edək ki, Osman Hadi Hindistanın Baş naziri Narendra Modininsiyasətini açıq şəkildə tənqid etməsi ilə tanınırdı. Onun “Modinincasuslarını tutun! Onları həbs edin!” məzmunlu şüarlarının sosialmediada geniş yayılmasından sonra Hadi müxtəlif təhdidlər almış,qısa müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilmişdir. OsmanHadi 2025-ci il dekabrın 12-də Banqladeşin paytaxtı Dəkkə şəhərindəsilahlı hücum nəticəsində ağır yaralanmış və dekabrın 15-dəxəstəxanada vəfat etmişdir.
Kanadalı siqh fəal Hardeep Singh Nijjar isə 2023-cü ildəKanadanın Brampton şəhərində naməlum şəxslər tərəfindən qətləyetirilmişdir. Siqhlər bu qətlin arxasında Hindistan hökumətinindurduğunu iddia edirlər.
“Ədalət üçün siqhlər – SFJ” təşkilatı sözügedən etirazaksiyalarını “Hindistanın transmilli terrorizmi – DəkkədənVaşinqtona qədər” (India’s Transnational Terrorism — From Dhaka toDC) adı altında təşkil etmişdir. Fəallar Hindistanın diplomatiknümayəndəlikləri qarşısında aksiyalar keçirərək Hindistanhökumətini “beynəlxalq siyasi terror” həyata keçirməkdə ittihametmişlər.
Aksiyalar zamanı iştirakçılar “Osman Hadini kim öldürdü?Hindistan!”, “Nijjarı kim öldürdü? Hindistan!”, “Hindistansəfirliklərini bağlayın — onlar terror yuvalarıdır!” və “Hindistandünyanın düşmənidir!” kimi şüarlar səsləndirmişlər.
Fəallar iddia etmişlər ki, Hindistanın Baş naziri NarendraModinin rəhbərliyi altında ölkədə tənqidçi səsləri susdurmaq vətəsir dairəsini qorumaq məqsədilə “transmilli repressiya siyasəti”həyata keçirilir. Onların fikrincə, Osman Hadi və Hardeep SinghNijjar məhz bu siyasətin qurbanları olmuşlar. Etirazçılar,həmçinin, Birləşmiş Ştatları və digər beynəlxalq tərəfdaşlarısözügedən iddiaları ciddi şəkildə araşdırmağa və Hindistanhökumətinə qarşı müvafiq tədbirlər görməyə çağırmışlar.
Kanadanın Vankuver şəhərində keçirilən yürüşdə iştirakçılarHindistan səfirliyinə qədər yürüyərək Modi və Hindistan KəşfiyyatXidmətini bu qətllərdə məsuliyyət daşımaqda ittiham etmişlər.Fəallar həmçinin “Modi üçün simvolik cənazə mərasimi” keçirərəkHadinin ölümünü “söz azadlığına qarşı törədilmiş cinayət” kimiqiymətləndirmişlər.
“Sikhs for Justice” təşkilatı bəyan etmişdir ki, bu aksiyalaryalnız Osman Hadi və Hardeep Singh Nijjar üçün ədalət tələb etməkməqsədi daşımır, həm də Hindistanın diaspor üzərində yaratdığıqorxu siyasətinə qarşı müqavimət hərəkatıdır.
Qeyd edək ki, Xalistan hərəkatı uzun illərdir Hindistanın Pəncabbölgəsində müstəqil dövlət qurulmasını tələb edir.
Aksiyaların sonunda “Sikhs for Justice” təşkilatı beynəlxalqictimaiyyətə müraciət edərək Hindistan səfirliklərininfəaliyyətinin araşdırılmasını, Osman Hadi və Hardeep Singh Nijjarınqətllərinin beynəlxalq istintaqa təqdim edilməsini və diasporfəallarının təhlükəsizliyinin təmin olunmasını tələb etmişdir.