Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Transfermarkt dünyanın ən dəyərli futbol klublarının ümumi heyət dəyəri üzrə reytinqini yeniləyib.
İdman.Biz-in məlumatına görə, siyahıya 1,38 milyard avro dəyərində olan “Real Madrid” başçılıq edir.
“Arsenal” 1,29 milyard avro ilə ikincidir, “Mançester Siti” və “Pars Sen-Jermen” isə 1,19 milyard avro dəyərlə üçüncü yeri bölüşüblər. “Çelsi” və “Barselona” da ilk altılığa daxil olublar.
“Nottingem Forest” İngiltərə Premyer Liqasının cədvəlində hazırda yalnız 17-ci yerdə olsa da, ümumi heyət dəyəri 620 milyon avro ilə 13-cü yerdə qərarlaşıb.
İlk 20-lik aşağıdakı kimidir:
1. “Real Madrid” (1,38 milyard avro);
2. “Arsenal” (1,29 milyard avro);
3. “Mançester Siti” (1,19 milyard avro);
4. “Pari Sen-Jermen” (1,19 milyard avro);
5. “Çelsi” (1,18 milyard avro);
6. “Barselona” (1,12 milyard avro);
7. “Liverpul” (1,04 milyard avro);
8. “Bavariya” (981 milyon avro);
9. “Tottenhem Hotspur” (879 milyon avro);
10. “Mançester Yunayted” (719 milyon avro);
11. “Nyukasl Yunayted” (713 milyon avro);
12. “İnter” (670 milyon avro);
13. “Nottingem Forest” (620 milyon avro);
14. “Atletiko” (589 milyon avro);
15. “Yuventus” (552 milyon avro);
16. “Brayton və Houv Albion” (520 milyon avro);
17. “Aston Villa” (520 milyon avro);
18. “Borussiya Dortmund” (511 milyon avro);
19. “Kristal Palas” (502 milyon avro);
20. “Milan” (486 milyon avro).
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.