AZ

Ən bahalı klublar açıqlanıb - “Real” zirvədə

“Transfermarkt” portalı komandaların ümumi heyət dəyərinə əsasən dünyanın ən bahalı klublarının yenilənmiş reytinqini açıqlayıb.

Apasport.az xəbər verir ki, siyahıya 1,38 milyard avro göstərici ilə Madrid “Real”ı başçılıq edir.

İkinci pillədə 1,29 milyard avro ilə “Arsenal” yer alıb. İlk üçlüyü 1,19 milyard avro ilə “Mançester Siti” tamamlayıb. Eyni göstəriciyə malik PSJ isə dördüncü sırada qərarlaşıb.

Reytinqdə diqqətçəkən məqamlardan biri “Nottingem Forest”in 13-cü pillədə yer almasıdır. İngiltərə təmsilçisi 620 milyon avroluq heyət dəyərinə malik olsa da, hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci mövqedə qərarlaşıb.

Dünyanın ən bahalı 20 klubu aşağıdakı kimidir:

“Real” – 1,38 milyard avro

“Arsenal” – 1,29 milyard avro

“Mançester Siti” – 1,19 milyard avro

PSJ – 1,19 milyard avro

“Çelsi” – 1,18 milyard avro

“Barselona” – 1,12 milyard avro

“Liverpul” – 1,04 milyard avro

“Bavariya” – 981 milyon avro

“Tottenhem” – 879 milyon avro

“Mançester Yunayted” – 719 milyon avro

“Nyukasl Yunayted” – 713 milyon avro

“İnter” – 670 milyon avro

“Nottingem Forest” – 620 milyon avro

“Atletiko” – 589 milyon avro

“Yuventus” – 552 milyon avro

“Brayton” – 520 milyon avro

“Aston Villa” – 520 milyon avro

“Borussiya Dortmund” – 511 milyon avro

“Kristal Pelas” – 502 milyon avro

“Milan” – 486 milyon avro

Qeyd edək ki, Azərbaycan klubları arasında ən yüksək heyət dəyərinə malik komanda “Qarabağ”dır. Ağdam təmsilçisinin ümumi bazar dəyəri 28,5 milyon avro olaraq qiymətləndirilir.

Xavi La Liqada klubunu dəyişib - RƏSMİ

“Fənərbaxça”dan Sadettin Saran haqqında açıqlama

“Fənərbaxça” prezidenti saxlanılıb

Ançelotti İtaliyaya qayıda bilər

Reşford: “Barselona”da qalmaq istəyirəm

Seçilən
53
6
apasport.az

7Mənbələr