AZ

Dünyanın ən bahalı klubları bəlli olub “Real” zirvədə

ain.az, Apasport saytına istinadən bildirir.

“Transfermarkt” portalı komandaların ümumi heyət dəyərinə əsasən dünyanın ən bahalı klublarının yenilənmiş reytinqini açıqlayıb.

Apasport.az xəbər verir ki, siyahıya 1,38 milyard avro göstərici ilə Madridin “Real” klubu başçılıq edir.

İkinci pillədə 1,29 milyard avro ilə “Arsenal” yer alıb. İlk üçlüyü isə 1,19 milyard avro göstərici ilə “Mançester Siti” tamamlayıb. Eyni göstəriciyə malik PSJ dördüncü sırada qərarlaşıb.

Reytinqdə diqqətçəkən məqamlardan biri “Nottingem Forest” klubunun 13-cü pillədə yer almasıdır. İngiltərə təmsilçisi 620 milyon avroluq heyət dəyərinə malik olsa da, hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci mövqedə qərarlaşıb.

Dünyanın ən bahalı 20 klubu aşağıdakılardır:

1. “Real” – 1,38 milyard avro

2. “Arsenal” – 1,29 milyard avro

3. “Mançester Siti” – 1,19 milyard avro

4. PSJ – 1,19 milyard avro

5. “Çelsi” – 1,18 milyard avro

6. “Barselona” – 1,12 milyard avro

7. “Liverpul” – 1,04 milyard avro

8. “Bavariya” – 981 milyon avro

9. “Tottenhem” – 879 milyon avro

10. “Mançester Yunayted” – 719 milyon avro

11. “Nyukasl Yunayted” – 713 milyon avro

12. "İnter” – 670 milyon avro

13. “Nottingem Forest” – 620 milyon avro

14. “Atletiko” – 589 milyon avro

15. “Yuventus” – 552 milyon avro

16. “Brayton” – 520 milyon avro

17. “Aston Villa” – 520 milyon avro

18. “Borussiya Dortmund” – 511 milyon avro

19. “Kristal Pelas” – 502 milyon avro

20. “Milan” – 486 milyon avro

Qeyd edək ki, Azərbaycan klubları arasında ən yüksək heyət dəyərinə malik komanda “Qarabağ”dır. Ağdam təmsilçisinin ümumi bazar dəyəri 28,5 milyon avro olaraq qiymətləndirilir.

Xavi La Liqada klubunu dəyişib - RƏSMİ

“Fənərbaxça”dan Sadettin Saran haqqında açıqlama

“Fənərbaxça” prezidenti saxlanılıb

Ançelotti İtaliyaya qayıda bilər

Reşford: “Barselona”da qalmaq istəyirəm

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
6
apasport.az

7Mənbələr