AZ

Afrika Millətlər Kubokunda Nigeriya və Tunisdən uğurlu start – ARENA.AZ

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

C qrupunda yer almış Nigeriya yığması Tanzaniyanı, Tunis millisi isə Uqandanı oxşar hesabla (3:1) üstələyib.

D qrupunda Konqo Demokratik Respublikası Beninlə görüşdə tək qola sevinib. Seneqal yığması isə Botsvananı böyük hesabla yenib.

Bu gün baş tutmuş oyunlarda Azərbaycanda çıxış edən bəzi oyunçular da iştirak ediblər. Belə ki, “Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini və “Neftçi”nin yarımmüdafiəçisi Sessi De Almeyda Benin millisinin heyətində meydana çıxıblar. Mumini sonadək oynayıb. De Almeyda isə 82-ci dəqiqədə əvəzlənib.

“Şamaxı”nın legioneri Alfons Msanqa da Tanzaniya yığmasının Nigeriyaya qarşı oyununda iştirak edib. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
23 dekabr

C qrupu

Nigeriya – Tanzaniya 2:1
Qollar: Ajayi, 36. Lukman, 52 – Mombva, 50.

Tunis – Uqanda 3:1
Qollar: Sxiri, 10. Axuri, 40; 64 – Omedi, 90+2.

D qrupu

Konqo Demokratik Respublikası – Benin 1:0
Qol: Bonqonda, 16.

Seneqal – Botsvana 3:0
Qollar: N.Cekson, 40; 58. K.Ndiaye, 90.

Seçilən
21
5
arena.az

10Mənbələr