AZ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb, 1 nəfər xəsarət alıb

Dünən saat 19:40 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1 nəfər (kişi) hospitalizasiya olunub.

Aznews.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat verib.

Bildirilib ki, 1967-ci il təvəllüdlü şəxsə (kişi) sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

"Hadisə nəticəsində 1 nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib", məlumatda qeyd olunub.

Qeyd edək ki, qəzada Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ölüb.

Novxanı-Pirşağı yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib ki, qəza nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ağır xəsarət alıb.

Seçilən
27
4
aznews.az

6Mənbələr