AZ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi qəzada həlak olub

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada ölüb.

Novxanı-Pirşağı yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən hakimin həyatını xilas etmək mümkün olmayıb.

Dünən saat 19:40 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1 nəfər (kişi) hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi məlumat verib.

Bildirilib ki, 1967-ci il təvəllüdlü şəxsə (kişi) sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

“Hadisə nəticəsində 1 nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib”, məlumatda qeyd olunub.

AzPost.az

Seçilən
29
4
azpost.info

6Mənbələr