AZ

Qadın hakimin öldüyü qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ 

Ötən gün Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 22-də, saat 19:40-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bir nəfər (kişi) hospitalizasiya olunub.

"1967-ci il təvəllüdlü şəxsə sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Hadisə nəticəsində bir nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva olub.

Seçilən
48
4
bakivaxti.az

6Mənbələr