Paytaxtda "Qara Qarayev" metrosu ərazisində yerləşən "Minimal" mağazasında oğurluq hadisəsi qeydə alınıb.
Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, 18 dekabr tarixində mağazadan mobil telefon oğurlanıb.
Hadisə ilə bağlı mağaza rəhbərliyi 25-ci Polis Bölməsinə müraciət edib. Oğurlanan telefonun dəyəri 500 manat olub.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Far.Az-ə bildirib ki, paytaxtın Nizami rayonunda yerləşən mağazaların birindən oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub:
"Müraciət əsasında təhqiqat araşdırmaları aparılır. Əməli törədən şəxsin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".
Orxan Hüseyn