AZ

Bakıda maşın yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.W xəbər verir ki, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

***17:50

Bakıda maşın yanır.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yaxınlığında qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Seçilən
83
15
far.az

10Mənbələr