Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Publika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Naməlum şəxslər dekabrın 31-dən 1-nə keçən gecə mağazaların birinin qapısını sındıraraq içəri daxil olub və obyektdən 17 ədəd müxtəlif markalı mobil telefon, eləcə də elektron siqaretləri talayıblar. Bu barədə zərərçəkmiş şəxs polisə məlumat verib.