AZ

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniyaarasında ticarət əməliyyatlarının həcmi 1,040 milyard ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 399,5 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 2,33%-i həcmində olub.Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çoxticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədəqərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan BöyükBritaniyaya 278,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu,ötən ilin eyni dövrü ilə müqayisədə 122,9 milyon ABŞ dolları və ya30,6% azdır.

Dövr ərzində Böyük Britaniyaya ixrac edilən məhsulların 273,052milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xamneft məhsulları təşkil edib. Bu dəyərdə sözügedən məhsulunixracının həcmi isə 514,9 min ton təşkil edib. Beləliklə, ötən ilineyni dövrü ilə müqayisədə Azərbaycandan Böyük Britaniyaya ixracedilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsullarının dəyəri 117,8 min ABŞ dolları və ya 30,1%, həcmi isə135,2 min ton və yaxud 20,8% azalıb.

Hesabat dövründə Böyük Britaniyadan Azərbaycana isə 762,1 milyonABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 522,4 milyon ABŞ dolları vəya 3,2 dəfə artım deməkdir. Bununla da hesabat dövründə BöyükBritaniya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandanxaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, ötən ilineyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,275milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyonkubmetr və ya 3% azdır.

Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-əbərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar vəya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.

Seçilən
6
11
az.trend.az

10Mənbələr