AZ

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,5 milyard dollara çatıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Rusiya arasındaticarət əməliyyatlarının həcmi 4,508 milyard ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 129,8 milyon ABŞ dolları və ya 3% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 10,11%-i həcmində olub. Bununla dasözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədəqərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya 1,088milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 0,3% çoxdur.

Hesabat dövründə Rusiyaya ixrac olunan məhsulların 1,079 milyardmanatını qeyri-neft məhsulları təşkil edib ki, bu da illikmüqayisədə 10,780 milyon dollar və ya 1% çoxdur.

Dövr ərzində Rusiyaya qeyri-neft məhsulları ixracı ümumi ixracanisbətən 32,52% paya malik olub. Bu göstərici ilə RusiyaAzərbaycanın ən böyük qeyri-neft məhsulları alıcısı olub.

Hesabat dövründə Rusiyadan Azərbaycana isə 3,420 milyard ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüilin eyni dövrü ilə müqayisədə 126 milyon ABŞ dolları və ya 3,8%artım deməkdir. Bununla da hesabat dövründə Rusiya Azərbaycanın ənçox məhsul idxal etdiyi ölkələr sırasında 2-ci pillədəqərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandanxaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, ötən ilineyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,275milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyonkubmetr və ya 3% azdır.

Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-əbərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar vəya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.

Seçilən
45
1
az.trend.az

10Mənbələr