AZ

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İsveçrə arasındaticarət əməliyyatlarının həcmi 890,3 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 466,7 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.

Hesabat dövründə İsveçrə ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 2%-i həcmində olub. Bununla dasözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədəqərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan İsveçrəyə 411,9milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 218,2 milyon ABŞ dolları və ya 2,1 dəfəçoxdur.

Hesabat dövründə İsveçrəyə ixrac olunan məhsulların 315,2 milyonmanatını qeyri-neft məhsulları təşkil edib ki, bu da illikmüqayisədə 121,7 milyon dollar və ya 1,6 dəfə çoxdur.

Dövr ərzində İsveçrəyə qeyri-neft məhsulları ixracı ümumi ixracanisbətən 9,50% paya malik olub. Bu göstərici ilə İsveçrəAzərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələrsırasında 3–cü pillədə qərarlaşıb.

Bundan başqa, bu ilin ilk 11 ayında Azərbaycandan İsveçrəyə 96,6milyon ABŞ dolları dəyərində 172,9 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac edilib. Ötən ilineyni dövründə İsveçrəyə sözügedən məhsulların ixracı qeydəalınmayıb.

Hesabat dövründə İsveçrədən Azərbaycana isə 478,4 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüilin eyni dövrü ilə müqayisədə 248,5 milyon ABŞ dolları və ya 2,1dəfə artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar vəya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.

Seçilən
15
1
az.trend.az

10Mənbələr