AZ

Bu il Azərbaycandan Xorvatiyaya ixrac olunan neftin həcmi məlum olub

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Xorvatiyaya666,6 milyon dollar dəyərində 1,255 milyon ton bitumlu süxurlardanəldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 206,8 milyon ABŞ dolları və ya 23,7 faiz, həcmbaxımından isə 181 min ton və ya 12,6 faiz azdır.

Belə ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Xorvatiyayaümumilikdə 873,4 milyon ABŞ dolları dəyərində 1,436 milyon not neftvə neft məhsulları ixrac olunmuşdu.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydəalınıb.

Seçilən
24
3
az.trend.az

10Mənbələr