Bakı. Trend:
Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Çexiyaya 742,2milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 1milyon 405 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 235,4 milyon dollar və ya 24,1 faiz, həcmbaxımından isə 178 min ton və ya 11,2 faiz azdır.
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Çexiyaya 1,583 milyonton neft və neft məhsulları ixrac olunub və bu ixracın ümumi dəyəri977,6 milyon ABŞ dolları təşkil edib.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm baxımından isə 576 min ton və ya 2,7 faiz artım qeydəalınıb.