Bakı. Trend:
Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Hindistana 126,1milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 250,1min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.
Bu barədə Trend-əDövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eynidövrü ilə müqayisədə 603,7 milyon ABŞ dolları və ya 82,7 faiz, həcmifadəsində isə 918,9 min ton və ya 4,7 dəfə azalıb.
Ötən ilin 11 ayı ərzində Azərbaycandan Hindistana 1,169 milyonton həcmində neft və neft məhsulları ixrac olunmuşdu və bu ixracınümumi dəyəri 729,8 milyon ABŞ dolları təşkil edirdi.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydəalınıb.