AZ

Özbəkistandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Özbəkistanafiziki şəxslər tərəfindən göndərilmiş pul köçürmələrinin həcmi 2,8milyon ABŞ dolları təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü iləmüqayiəsəd 1,1 milyon ABŞ dolları və ya 27,8 faiz azdır.

İnformasiyaya görə, Azərbaycandan xaricə göndərilmiş pulköçürmələrinin ümumi həcmində Özbəkistanın payı 0,8 faiz təşkiledib.

Cari ilin yanvar-sentyabr aylarında Özbəkistan vətəndaşlarınınAzərbaycana göndərdiyi pul köçürmələrinin həcmi 11 milyon ABŞdolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8milyon ABŞ dolları və ya 34% çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Özbəkistanvətəndaşlarının Azərbaycana göndərdiyi pul köçürmələrinin həcmi 8,2milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dollarıvə ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya0,2% çoxdur.

Seçilən
81
32
az.trend.az

10Mənbələr