AZ

"Bakı Metropoliteni"nin zərəri kəskin artıb, yığılmış zərəri 3,1 milyard manatı keçib

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139 milyon 616 min manat zərər ilə başa vurub. QSC 2023-cü ili 76 milyon 875 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə "Bakı Metropoliteni"nin xalis zərəri 62 milyon 741 min manat və ya 81,6% artıb. 

Bu barədə Marja.az "Bakı Metropoliteni" QSC-nin 2024-cü il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir.

31 dekabr 2024-cü il tarixində "Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard 109 milyon 540 min manata çatıb (2023-cü ilin sonunda 2 milyard 969 milyon 924 min manat).

"Bakı Metropoliteni" QÜSC-nin gəlirləri 2023-cü ildə 83 milyon 483 min manat ikən, 2024-cü ildə 100 milyon 647 min manat təşkil edib. 

Xəbər yenilənəcək..

 

Bakı Metropoliteni maliyyə hesabatı Bakı Metropoliteni zərər Bakı Metropoliteni 2024 maliyyə nəticələri Bakı Metropoliteni xalis zərər Bakı Metropoliteni gəlirləri Bakı Metropoliteni yığılmış zərər Bakı Metropoliteni QSC Bakı Metropoliteni maliyyə göstəriciləri Marja.az iqtisadi xəbərlər dövlət şirkətlərinin maliyyə vəziyyəti nəqliyyat sektoru maliyyəsi Bakı metrosu gəlir və zərər 2024 maliyyə ili 2023–2024 müqayisəsi ictimai nəqliyyat xərcləri dövlət müəssisələrində zərər Bakı metrosu statistikası
Seçilən
17
2
marja.az

3Mənbələr