AZ

"Bakı Metropoliteni" zərəri kəskin artıb, yığılmış zərəri 3,1 milyard manatı keçib

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139 milyon 616 min manat zərər ilə başa vurub. QSC 2023-cü ili 76 milyon 875 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə "Bakı Metropoliteni"nin xalis zərəri 62 milyon 741 min manat və ya 81,6% artıb. 

Bu barədə Marja.az "Bakı Metropoliteni" QSC-nin 2024-cü il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir.

31 dekabr 2024-cü il tarixində "Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard 109 milyon 540 min manata çatıb (2023-cü ilin sonunda 2 milyard 969 milyon 924 min manat).

Xəbər yenilənəcək..

 

Seçilən
42
2
marja.az

3Mənbələr