ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139 milyon 616 min manat zərər ilə başa vurub. QSC 2023-cü ili 76 milyon 875 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə "Bakı Metropoliteni"nin xalis zərəri 62 milyon 741 min manat və ya 81,6% artıb.
Bu barədə Marja.az "Bakı Metropoliteni" QSC-nin 2024-cü il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir.

31 dekabr 2024-cü il tarixində "Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard 109 milyon 540 min manata çatıb (2023-cü ilin sonunda 2 milyard 969 milyon 924 min manat).
"Bakı Metropoliteni" QÜSC-nin gəlirləri 2023-cü ildə 83 milyon 483 min manat ikən, 2024-cü ildə 100 milyon 647 min manat təşkil edib.
Xəbər yenilənəcək..
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.