AZ

Rüfət “İstra”ya məğlubiyyəti kənardan izlədi – ARENA.AZ

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının “İstra 1961” ilə matçında şans qazanmayıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 18-ci turu çərçivəsində “İstra 1961” ilə qarşılaşıb.

“Varajdin” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Azərbaycanlı vinger bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Varajdin” 18 turdan sonra 23 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna 2025-ci ilin yayında “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

Seçilən
6
1
arena.az

10Mənbələr