AZ

“Qarabağ” qapıçısını 6 aylıq itirdi – ARENA.AZ

“Qarabağ”ın bud-çanaq oynağından əməliyyat olunmuş qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, qolkiper 4–6 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.

Ötən gün Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah”la matçda zədələnmiş yarımmüdafiəçi Xoni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7-10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.

Xatırladaq ki, “Qarabağ” Premyer Liqanın 2025/26 mövsümünün yarış cədvəlində 33 xalla 2-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi 2025-ci ildəki sonuncu oyununu dekabrın 21-də səfərdə “Qəbələ”yə qarşı keçirəcək.

Seçilən
9
7
arena.az

10Mənbələr