AZ

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Çin arasındaticarət əməliyyatlarının həcmi 4,214 milyard ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 816,1 milyon ABŞ dolları və ya 24% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 9,45%-i həcmində olub. Bununla da sözügedənölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədəqərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Çinə 79,6 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 66,6 milyon ABŞ dolları və ya 4,8 dəfə çoxdur.

Hesabat dövründə Çindən Azərbaycana isə 4,1 milyard ABŞ dollarıdəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilineyni dövrü ilə müqayisədə 749,4 milyon ABŞ dolları və ya 22,2%artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çoxməhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandanxaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, ötən ilineyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,275milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyonkubmetr və ya 3% azdır.

Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-əbərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar vəya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.

Seçilən
30
3
az.trend.az

10Mənbələr