AZ

Ozan Can Kökçü oynadı, “Volendam” 1/8 finala yüksəldi – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində “Genemuiden”lə qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyunun əsas vaxtında aşağı liqa təmsilçisinə qol vura bilməyib. Qolsuz 90 dəqiqənin ardından əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda 2 qol vurmuş “Volendam” (108-ci və 114-cü dəqiqələrdə) inamlı qələbə sayəsində Niderland Kubokunun 1/8 final mərhələsinə yüksəlib.

Ozan bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
10
9
arena.az

10Mənbələr