AZ

Bu xəbər “Qarabağ”ı sevindirəcək – UEFA-dan “Ayntraxt”a zərbə

Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” (Frankfurt) UEFA tərəfindən ciddi sanksiya ilə üz-üzə qalıb.

İdmanxeber.az “Bild” nəşrinə istinadən xəbər verir ki,  Frankfurt təmsilçisi Bakıdakı oyunda azarkeş dəstəyindən məhrum olacaq. Buna səbəb Almaniya klubunun  azarkeşlərinin “Barselona” ilə səfər oyunu (1:2) zamanı davranışlarıdı. 

Buna görə də, qurum “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq. 

UEFA həmçinin klubu 30 min avro cərimələyib.

Seçilən
58
13
idmanxeber.az

10Mənbələr