Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” (Frankfurt) UEFA tərəfindən ciddi sanksiya ilə üz-üzə qalıb.
İdmanxeber.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Frankfurt təmsilçisi Bakıdakı oyunda azarkeş dəstəyindən məhrum olacaq. Buna səbəb Almaniya klubunun azarkeşlərinin “Barselona” ilə səfər oyunu (1:2) zamanı davranışlarıdı.
Buna görə də, qurum “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq.
UEFA həmçinin klubu 30 min avro cərimələyib.