Almaniyanın “Ayntraxt” klubu 9 dekabr 2025-ci ildə “Barselona” ilə oyun zamanı baş verən qarışıqlığa görə cərimə ödəməli və Çempionlar Liqasının növbəti səfər oyununu azarkeşsiz keçirməlidir.
Publika.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Təşkilatın açıqlamasında deyilir: “Ayntraxt” azarkeşlərinin qonaq tualetlərində vurduğu ziyana görə kompensasiya məsələsini həll etmək üçün bu qərarın bildirilməsindən sonra 30 gün ərzində “Barselona” ilə əlaqə saxlamalıdır” .
Rəsmi qərara əsasən, alman klubu azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə və meydana yad əşyalar atmasına görə 30.000 avro ödəməlidir. Stadiona maddi ziyan vurduğuna görə əlavə 8.000 avro cərimə tətbiq edilib.