AZ

Çin teatrları ilə əməkdaşlıq qurulur

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov Çin Xalq Respublikasında səfər çərçivəsində Qansu və Şandun vilayətlərinin Milli Dram Teatrlarında, eləcə də Çin Milli Dram Teatrında görüşlər keçirib. Aparılan söhbətlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub, Qansu Milli Dram Teatrı ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Görüşlərdə qarşılıqlı qastrol səfərləri, rejissor və aktyor mübadiləsi, səhnə texniki əməkdaşlığı məsələləri diqqət mərkəzində olub. Eyni zamanda Çin dramaturqlarının əsərlərinin Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya hazırlanması barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan teatrının tamaşalarının Pekin, Şanxay və Çandu şəhərlərində təqdimatı keçiriləcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
9
xalqqazeti.az

10Mənbələr