Bakı. Trend:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı AzərbaycanRespublikası Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraqbeynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.
Trend xəbərverir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bu məqsədlə teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlhamƏsgərov Çin Xalq Respublikasında səfərdə olub. Səfər çərçivəsindəQansu və Şandun vilayətlərinin Milli Dram Teatrları, eləcə də ÇinMilli Dram Teatrı ilə görüşlər keçirilib, əməkdaşlıq perspektivlərimüzakirə olunub. Qansu Milli Dram Teatrı ilə əməkdaşlıq haqqındaMemorandum imzalanıb.
Görüşlərdə qarşılıqlı qastrol səfərləri, rejissor və aktyormübadiləsi, səhnə texniki əməkdaşlığı məsələləri diqqət mərkəzindəolub. Eyni zamanda Çin dramaturqlarının əsərlərinin Akademik MilliDram Teatrının səhnəsində təqdim edilməsi barədə razılıq əldəolunub. Çin dramaturqu Lyu Şuqanın əsəri 2026-cı ilin repertuarınadaxil edilib.
Razılaşmaya əsasən, Azərbaycan teatrının tamaşalarının Pekin,Şanxay və Çandu şəhərlərində nümayişi, həmçinin 2026-cı ilin iyunayında Bakıda yeni Memorandumun imzalanması planlaşdırılır.