AZ

Azdrama Çin teatrları ilə əməkdaşlığa başlayır

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu məqsədlə teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov Çin Xalq Respublikasında səfərdə olub. Səfər çərçivəsində Qansu və Şandun vilayətlərinin Milli Dram Teatrları, eləcə də Çin Milli Dram Teatrı ilə görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub. Qansu Milli Dram Teatrı ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Görüşlərdə qarşılıqlı qastrol səfərləri, rejissor və aktyor mübadiləsi, səhnə texniki əməkdaşlığı məsələləri diqqət mərkəzində olub. Eyni zamanda Çin dramaturqlarının əsərlərinin Akademik Milli Dram Teatrının səhnəsində təqdim edilməsi barədə razılıq əldə olunub. Çin dramaturqu Lyu Şuqanın əsəri 2026-cı ilin repertuarına daxil edilib. Razılaşmaya əsasən, Azərbaycan teatrının tamaşalarının Pekin, Şanxay və Çandu şəhərlərində nümayişi, həmçinin 2026-cı ilin iyun ayında Bakıda yeni Memorandumun imzalanması planlaşdırılır. AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
9
azvision.az

10Mənbələr