ABŞ Prezidenti Donald Tramp, milli komandaları 2026-cı il Dünya Kubokunda iştirak edəcək Kot-d’İvuar və Seneqal da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarının ölkəyə girişini qismən qadağan edən sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Qərar ABŞ-a qanunsuz immiqrasiyaya qarşı mübarizə çərçivəsində qəbul edilib.