AZ

Bu ölkə vətəndaşlarının ABŞ a girişi qadağan olundu Siyahı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ yeddi ölkənin vətəndaşlarının ölkəyə girişinə tam qadağa tətbiq edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev RİA Novosti agentliyinə açıqlamasında məlumat verib.

Qadağa Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına şamil olunacaq.

Ağ Evin bildirdiyinə görə, Laos və Syerra-Leone ilə bağlı daha əvvəl qismən məhdudiyyətlər mövcud idi, lakin yeni qərarla həmin ölkələrin vətəndaşları üçün ABŞ-a giriş tam şəkildə dayandırılacaq.

Qərarın səbəbləri və tətbiq müddəti ilə bağlı əlavə detallı məlumat verilməyib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
139
3
globalinfo.az

8Mənbələr