AZ

Trampın qadağa siyahısı yayıldı Bu tarixdən qüvvəyə minəcək

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Prezident Donald Tramp daha yeddi ölkə vətəndaşlarının ABŞ-a girişini tamamilə qadağan edib.

Globalinfo.az xəbər verir ki, müvafiq siyahı Ağ Evin saytında dərc edilib.

Məlumata görə, ABŞ-a giriş qadağası Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşları üçün qüvvədə qalır.

“Bundan əlavə, Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarına da tam giriş qadağası qoyulub. Sərəncam həmçinin “Fələstin Muxtariyyətinin sənədləri ilə səyahət edən şəxslərin” ABŞ-a girişini qadağan edir və məhdudlaşdırır. Əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Syerra-Leone vətəndaşlarına da tam giriş qadağası qoyulub.

Qismən giriş məhdudiyyətləri Anqola, Antiqua və Barbuda, Benin, Kot-d’İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa Krallığı, Zambiya və Zimbabve vətəndaşlarına şamil edilir. Eyni zamanda, Türkmənistan üçün məhdudiyyətlər qismən yumşaldılıb: ABŞ artıq həmin ölkənin vətəndaşlarına qeyri-immiqrant vizaları ilə daxil olmağa icazə verir”, – deyə bildirilib.

Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, məhdudiyyətlər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
3
globalinfo.az

8Mənbələr